Bank Of Baku

"Bank VTB (Azərbaycan)": Rubl ilə ipoteka kreditlərinin verilməsi üçün danışıqlar aparılır

"Bank  VTB (Azərbaycan)": Rubl ilə ipoteka kreditlərinin verilməsi üçün danışıqlar aparılır
# 11 avqust 2015 15:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. "Bank VTB (Azərbaycan)" rubl ilə ipoteka kreditlərinin verilməsi üçün danışıqlar aparır.

 

APA-Economics” xəbər verir ki, bunu "Bank VTB (Azərbaycan)"nin pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.

 

“Rubl ilə ipoteka kreditlərinin verilməsi üçün tikinti sahəsində olan partnyor ilə danışıqlara başlanılıb.  Bazar üçün maraqlı olsa bu kreditlərin də verilməsi mükün olacaq”, - deyə T.Vəliyev bildirib.

 

"Bank  VTB (Azərbaycan)”nin idarə heyətinin sədri Yurii Yakovlev bildirib ki, rubl ilə veriləcək ipoteka kreditləri daha çox Azərbaycan vətəndaşı olan, lakin Rusiyada çalışan şəxslər üçün daha uyğun olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR