Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)”ın Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müvəkkil kredit təşkilatı olması ilə bağlı müraciətinə müsbət cavab verilib.
"APA-Economics"in məlumatına görə, bu barədə "Bank VTB (Azərbaycan)"ın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bankın təşkil etdiyi press-tur çərçivəsində məlumat verib.
"Müvafiq müqavilənin imzalanması ilə bağlı texniki məsələlərlə məşğuluq. Bu prosesin özü bu ayın sonuna kimi yekunlaşacaq. Fonddan aldığımız məlumata görə, fondun vəsaitlərindən kreditləri iyulun sonu, avqustun əvvəlindən verə bilərik. Biz fonddan aldığımız vəsaitləri regionlarda kiçik sahibkarlığın inkişafına yönəltməyi nəzərdə tutmuşuq. Regionlarda sahibkarların belə kreditə ehtiyacı var", - deyə T. Vəliyev vurğulayıb.