Bu gün "Bank of Baku"nun səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçirilib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, iclasda bankın cari və gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunaraq mühüm qərarlar qəbul olunub.
İclasda qəbul edilən əsas qərarlardan biri bankın kapitalının 91 mln. manat həcmində artırılmasından ibarətdir. Qeyd edək ki, hal-hazırda bankın nizamnamə kapitalı 52 mln. 870 min manatdır. Kapital artımı nəticəsində bankın nizamnamə kapitalı 143 mln. 870 min manat təşkil edəcək.
Kapital artımı ilə bağlı qərarın icrasının ən qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Bu qərarın icrası ilə "Bank of Baku"nun məcmu kapitalının həcmi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş normativ tələblərə tam cavab verəcək.