Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank Respublika" ASC-nin səhmlərinin emissiyası başa çatıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda deyilir.
Emissiya olunan qiymətli kağızların nominal dəyəri 2,45 manat, miqdarı 8 163 280 ədəddir.
Beləliklə, emissiyanın ümumi məbləği 20 000 036 manat təşkil edib.