Bank Of Baku

"Bank Silk Way" III rübü mənfəətlə başa vurub

"Bank Silk Way" III rübü mənfəətlə başa vurub
# 14 oktyabr 2015 08:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin III rübündə “Bank Silk Way”in

aktivlərinin həcmi 311,992 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 33,64% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 55,38% artaraq 262,194 mln. manat olub.

 

Bankın depozit portfeli 2015-ci ilin 9 ayı ərzində 76,91% artaraq 96,440 mln. manata çatıb.

 

Bir il ərzində bankın məcmu kapitalı 7,27% artaraq 116 mln. 331,61 min manata çatıb. Hesabat dövründə bankın nizamnamə kapitalı 2,4% artaraq 101 mln. 544,89 min manat təşkil edib.

 

Bu ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 3 mln. 410 min 888,45 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR