Bank Of Baku

Bərdədə 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO

Bərdədə 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
# 17 iyun 2026 09:45 (UTC +04:00)

Bərdədə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova saxlanılıb.

Ondan satış məqsədilə əldə etdiyi ümumilikdə 10 kiloqramdan artıq marixuana və həşiş aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. M.Nuruşova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR