Bakı - APA-Economics. "Bank Silk Way"in 2015-ci ilin iyul ayının 1-ə aktivlərini 35% artıraraq 293,341 mln. manata çatdırıb.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bankın kredit portfeli 47% artaraq 239,4 mln. manat təşkil edib.
Cari ilin I yarısında bankın depozit portfeli 46% artaraq 101,8 mln. manata çatıb.
İyulun 1-ə "Bank Silk Way"in məcmu kapitalı 4,7% artaraq 113 mln. manat, nizamnamə kapitalı isə 2,2% artaraq 99,168 mln. manat olub.
Bank 2015-ci ilin I yarısını 2,021 mln. manatlıq mənfəətlə başa vurub.