"Bank Silk Way" 2016-cı ilin yekunlarına əsasən dividend bölgüsü aparmayıb. "APA-Economics" xəbər verir ki, bu barədə bankın audit hesabatında deyilir. Hesabat "Grant Thornton" şirkəti tərəfindən hazırlanıb.
Bank 2015-ci ildə də dividend bölgüsü həyata keçirməyib, lakin adi səhmlərinin nominal dəyərini 146 manatdan 149,5 manata yüksəldib.
Qeyd edək ki, 2015-ci ildə 1,530 mln. manat məbləğində mənfəət əldə edən bank ötən ili 1,546 mln. manatlıq mənfəətlə başa vurmağı bacarıb.
2017-ci ilin yanvarın 1-nə nizamnamə kapitalı 101,545 mln. manat olan bankın dövriyyədə 679 ədəd səhmi var.