Bank Of Baku

"Bank Technique" yeni kartlarını təmassız ödəmə texnologiyası ilə təmin edib

"Bank Technique" yeni kartlarını təmassız ödəmə texnologiyası ilə təmin edib
# 10 iyun 2015 14:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank Technique” ASC müştərilərinə qabaqcıl xidmətlər təklif etmə ənənəsinə sadiq qalaraq, bütün yeni kartlarını təmassız ödəmə texnologiyası ilə təmin edib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “PayWave” və “PayPass” texnologiyalarını müvafiq olaraq bankın emissiya etdiyi “VISA” və “MasterCard” ödəmə kartlarında tətbiq etməklə, “Bank Technique” Azərbaycanda kontaktsız kartları müştərilərinə təklif edən nadir banklar siyahısında qərarlaşıb.

 

“Kontaktsız ödəmələr rahatlıqla yanaşı, təhlükəsizlik və vaxt qənaəti kimi xüsusiyyətləri ilə fərqlənir. Burada müəyyən məbləğə qədər əməliyyatlar kartı terminala sadəcə yaxınlaşdıraraq, bir neçə saniyə ərzində aparılır. Yeni texnologiya müştərilərin kartlara marağını daha da artırmış olur və nəticədə nağdsız ödənişlərə keçidi sürətləndirir”, yeni kartların kontaktsız funksionallığını şərh edərkən “Bank Technique”in Baş direktoru Kamran Axundov deyir.

 

Qeyd edək ki, təmassız kartlar adi ödəniş kartlarına oxşayır, lakin onların daxilində antena və çip var. Ödənişlər həyata keçirildikdə kart məsafəli şəkildə ödəmə terminalı ilə əlaqə yaradır və kiçik məbləğli ödənişlər zamanı müştərinin PİN-kod daxil etməsinə ehtiyacı duyulmur.

 

 “Bank Technique”nin yeni kartları fərqli, cəlbedici görünüş müxtəlif zövqləri oxşayan yeni dizaynda hazırlanıb.

 

Xatırladaq ki, 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

 

Hazırda “Bank Technique”in filial və şöbələri Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

 

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR