Bank Of Baku

"Bank VTB (Azərbaycan)" daha bir elektron ödəniş sisteminə qoşulub

"Bank VTB (Azərbaycan)" daha bir elektron ödəniş sisteminə qoşulub
# 16 iyun 2015 07:13 (UTC +04:00)

Bakı-APA-Economics. "Bank VTB (Azərbaycan)" ASC "e-pul" elektron ödəniş sisteminə inteqrasiya edib.

 

Bu barədə "APA-Economics"ə ödəniş sistemindən məlumat verilib.

 

"Artıq "Bank VTB (Azərbaycan)"ın ödənişləri 3 üsulla mümkündür. PİN, kredit müqaviləsi və kart nömrəsi", - deyə məlumatda qeyd edilib.

 

Qeyd edək ki, ödənişlər komissiyasızdır.

 

"e-pul" layihəsi fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan elektron ödəniş sistemidir. İstənilən internet istifadəçisi "e-pul" sistemində qeydiyyatdan sonra sürətli onlayn ödənişləri etmək imkanına malik olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR