Böyüklüyünə görə Rusiyanın ikinci bankı olan VTB-nin törəməsi "Bank VTB (Azərbaycan)" 1 və 2 dərəcəli kapitalının adekvatlığı əmsalı normativini, həmçinin məcmu kapitalının 2017-ci ilin aprel ayının 1-nə olan həcmini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, bu göstəricilər 5% və 10% və 50 mln. manat normativinə müvafiq olaraq 22,07%, 37,8% və 51,06 mln. manat həcmindədir. 2016-cı ildə inkişaf strategiyası çərçivəsində bankın səhmdarları tərəfindən əlavə vəsait ayrılması həyata keçirilib.
Bankın daha əvvəl də açıqladığı hesabatda 2017-ci ilin birinci yarısında kapitalının adekvatlığı əmsalının artdığı əks olunub. Normativlərin icra edilməsi VTB və Maliyyə Bazarlarına Nəzarət Palatası arasında əldə edilmiş razılaşma çərçivəsində törəmə bankına 141,8 mln. manatdan çox əlavə vəsait yatıran ana müəssisəsinin dəstəyi sayəsində mümkün olub.