Bank Of Baku

"Bank VTB (Azərbaycan)" öz filiallarında Avropa oyunlarına gələn xarici qonaqlara xidmət göstərmək üçün hər cür şərait yaradıb

"Bank VTB (Azərbaycan)" öz filiallarında Avropa oyunlarına gələn xarici qonaqlara xidmət göstərmək üçün hər cür şərait yaradıb
# 05 iyun 2015 08:16 (UTC +04:00)

Bakı - APA-Economics. I Avropa oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox əhəmiyyətli hadisədir. Öz ölkəsi ilə birgə “Bank VTB (Azərbaycan)” da bu böyük tədbirə hazırlaşır. Avropa oyunlarının keçirildiyi dövrdə Bakı çox sayda qonaq qəbul edəcək ki, onlar burada bank xidmətlərindən də yararlanacaq.

 

"APA-Economics"in xəbərinə görə, bunu "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.

 

Onun sözlərin görə, "Bank VTB (Azərbaycan)" öz filiallarında xarici qonaqlara xidmət göstərmək üçün hər cür şərait yaradır: "Məsələn, "Bank VTB (Azərbaycan)"ın yeni treninq-mərkəzində müştərilərə xidmət səviyyəsini daha da  artırmaq məqsədi ilə bankın əməkdaşları üçün treninqlər keçirilir. Belə ki, bankın bütün bölmələrində qonaqları peşəkar personal qarşılayacaq və onlara geniş spektr bank xidmətlərindən istifadə etməyə kömək edəcək. Filiallarımız kifayət qədər rahat ünvanlarda yerləşdiyi üçün onları tapmaq  şəhərin qonaqlarına asan olacaq. "Bank VTB (Azərbaycan)"ın üstünlüyü ondadır ki, biz bir çox ölkədə nümayəndəlikləri olan beynəlxalq "VTB Qrupu"nun üzvüyük. Bir çox xaricilər artıq bu brendlə yaxından tanışdır. VTB kartı olan xarici qonaqlar bizim bankomat və POS-terminallarımız vasitəsi ilə əlavə komissiya olmadan əməliyyatlar apara bilər. Biz Bakıda Avropa oyunlarının keçirilməsi zamanı onların fasiləsiz və dayanıqlı işləməsini təmin edəcəyik. "Bank VTB (Azərbaycan)"ın bütün bankomatları kifayət qədər yerli və xarici valyuta ilə təmin olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR