Bank Of Baku

"Bloomberg": Kreditorlar ABB-nin restrukturizasiya planını bloklaşdıracaq

"Bloomberg": Kreditorlar ABB-nin restrukturizasiya planını bloklaşdıracaq
# 26 may 2017 09:29 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici kreditorları 3,3 mlrd. dollarlıq öhdəliyin restrukturizasiyasını bloklaşdırmaq üçün müxtəlif addımlar atmaqdadırlar. "APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə iki investor bildirib.

 

Xarici kreditorlar hesab edir ki, ABB-də 1 mlrd. dollar məbləğində depozit yerləşdirən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ən iri kreditor kimi restrukturizasiya prosesinə cəlb olunması, digər investorların isə qruplaşdırılması ədalətsizdir.

 

Agentlik yazır ki, xarici öhdəliklərin restrukturizasiya planını Londonda təqdim edən dövlət bankı kreditorların hiddətinə səbəb olub. Belə ki, xarici kreditorlara suveren istiqrazlar təklif olunub. Variantlardan biri kimi əsas borcun 20%-nin silinməsini özündə ehtiva edir. Kreditorların 2/3-si planın lehinə səs versə, könüllü restrukturizasiya başlanacaq. Azərbaycan tərəfi prosesi avqustun 24-dək başa çatdırmaq istəyir.

 

İnvestorlar deyir ki, ARDNF də Azərbaycan dövlətinə məxsus olduğu üçün onun restrukturizasiya prosesinə cəlb olunması doğru deyil.


"Bloomberg" iddia edir ki, mayın 19-da, yəni Londonda restrukturizasiya prosesi təqdim  olunmamışdan öncə bir qrup investor Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir ki, bir qrup investorun qruplaşdırılması restrukturizasiya planının qəbul olunması üçün keçiriləcək səsvermənin legitimliyini şübhə altına alacaq, restrukturizasiya prosesinin özü isə xarici kreditorlara ciddi maliyyə zərəri vuracaq.
 

Londondan restrukturizasiya planının təqdimatı keçirilən zaman kreditorlar öz iradlarını maliyyə naziri Samir Şərifova bildirmək imkanı tapıb. "Hökumət niyə qəfildən banka dəstək verməkdən imtina edib?" sualına cavab olaraq nazir qeyd edib ki, ABB-nin öhdəlikləri üçün heç zaman dövlət zəmanəti verilməyib: "Bankın dövlətə məxsus olması o demək deyil ki, hökumət onun öhdəliklərinin restrukturizasiyası üçün məsuliyyəti öz boynuna götürür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR