Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda 902,9 kq qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin beş ayı ilə müqayisədə 34,4% çoxdur. Nəticədə bu ilin iyun ayının 1-nə 82,8 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-may ayları ərzində ölkədə 34,9 kq gümüş istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% azdır. Nəticədə bu ilin iyunun 1-nə 5,2 kq hazır məhsul ehtiyatı yaranıb.