Bank Of Baku

Bu ilin 5 ayında əsas kapitala 6 mlrd. manatdan çox vəsait yönəldilib

 Bu ilin 5 ayında əsas kapitala 6 mlrd. manatdan çox vəsait yönəldilib
# 11 iyun 2015 14:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6416,3 mln. manat vəsait yönəldilib.

 

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilən vəsaitin 76,9%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,7%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 12% artıb. Məhsul istehsalı obyektlərinin inşasına 4151,1 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 2265,2 mln. manat vəsait yönəldilib, ümumi sərmayənin 29,1%-i dövlət, 70,9%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 59,1%-ni təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 4604,6 mln. manat, bank kreditləri 248,1 mln. manat, büdcə vəsaitləri 1236,4 mln. manat, büdcədənkənar fondların vəsaitləri 107,5 mln. manat, əhalinin şəxsi vəsaitləri 163,3 mln. manat, sair vəsaitlər 56,4 mln. manat təşkil edib.

 

 

 

 

2015-ci ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,5%-i sənaye sahələrinin inkişafına, 13,3%-i nəqliyyat və anbar təsərrüfatına, 12,3%-i tikintiyə, 4,4%-i istirahət, əyləncə və incəsənətə, 4,3%-i dövlət idarəetməsinə, 4,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 2,9%-i kənd təsərrüfatına, 2,3%-i informasiya və rabitəyə, 2,2%-i ticarətə, 1,3%-i təhsilə, hər birində 1%

olmaqla daşınmaz əmlakla əlaqədar əməliyyatlara və səhiyyəyə, 0,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, hər birində 0,3% olmaqla maliyyə və sığorta fəaliyyətinə və digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.

 

 

 

2015-ci ilin yanvar-may aylarında neft bölməsinə 2758,8 mln. manat həcmində vəsait yönəldilib. Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş 3657,5 mln. manatlıq vəsaitin 414,4 mln. manatı (ümumi sərmayənin 6,5%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 55%-i qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR