Bakı. Musa Əhmədov - APA-Economics. “Azerbaijan İnternational Consulting Company” MMC tərəfindən “Evrobank” ASC-nin möhürü “Evrobank” ASC-nin adına “ləğv prosesində olan” sözləri əlavə edilməklə dəyişdirilib.
“APA-Economics” rəsmi mətbuatda dərc olunan elana əsasən xəbər verir ki, bununla əlaqədar “Evrobank”ın əvvəlki möhürü etibarsız hesab edilir və bildirilir ki, hazırda yalnız “Evrobank” ASC-nin “ləğv prosesində olan” sözləri əlavə edilmiş möhürü etibarlıdır.
Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması və “Azerbaijan İnternational Consultinq Company” MMC-nin “Evrobank” ASC-nin ləğvedicisi təyin edilməsi barədə qərar qəbul edilib.