Bank Of Baku

"Expressbank" keçirdiyi fotomüsabiqənin qaliblərini mükafatlandırıb

"Expressbank" keçirdiyi fotomüsabiqənin qaliblərini mükafatlandırıb
# 22 iyun 2015 07:26 (UTC +04:00)

Bakı - APA-Economics. "Expressbank" 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Instagram və Facebook istifadəçiləri arasında “Gül, Balam” adlı fotomüsabiqə keçirib.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq "Visa Platinum" + 300 AZN, "Visa Gold" + 200 AZN və "Visa Classic" + 100 AZN təqdim olunub.

 

Müsabiqənin şərtlərinə görə, iştirakçılar gülümsəyən uşaq şəkilləri çəkib, #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdiriblər. Müsabiqə zamanı çəkilən maraqlı 10 şəkil "Expressbank"ın Facebook səhifəsində yerləşdirilib və "like"lar vasitəsilə səsvermə keçirilib.

 

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS-terminal və 250-dək "ExpressPay" ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR