Bank Of Baku

"Fitch" "Azərenerji"yə likvidlik defisitini aradan qaldırmağı tövsiyə edib

"Fitch" "Azərenerji"yə likvidlik defisitini aradan qaldırmağı tövsiyə edib
# 10 iyun 2015 08:13 (UTC +04:00)

Bakı - APA-Economics. "Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin uzunmüddətli defolt emitenti reytinqini "BBB-" səviyyəsində təsdiqləyib.

 

"APA-Economics"in xəbərinə görə, proqnoz - "Stabil"dir.

 

Agentlik xarici valyutada qısamüddətli defolt emitenti reytinqini "F3" səviyyəsində təsdiq edib.

 

"Reytinqin bu səviyyədə təsdiqlənməsi "Azərenerji" ASC-nin onun yeganə səhmdarı olan Azərbaycan hökuməti ilə güclü hüquqi, əməliyyat və strateji əlaqələrin olmasına bağlıdır. Manatın devalvasiyası ASC-nin müstəqil kreditləşmə qabiliyyətinə təsir edib. Belə ki, "Azərenerji"nin gəliri və borcu arasında uyğunsuzluq yaranıb. 2014-cü ilin sonunda "Azərenerji"nin borcunun 80%-i xarici valyutada (əsasən, avro, dollar və yapon yeni) olduğu vaxtda, gəliri əsasən manatla idi", - deyə agentliyin ekspertləri qeyd edib.

 

Ekspertlər hesab edir ki, Azərbaycan hökuməti "Azərenerji"ni dəstəkləməyə davam edəcək. Bununla yanaşı, analitiklər "Azərenerji"yə likvidlik defisitini aradan qaldırmağı tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR