Bank Of Baku

® "Amrahbank" ABA ilə birlikdə “Maliyyə Savadlılığı və təhsilə dəstək” layihəsinə start verib

<font color=red>® </font>  "Amrahbank" ABA ilə birlikdə “Maliyyə Savadlılığı və təhsilə dəstək” layihəsinə start verib
# 22 fevral 2018 12:04 (UTC +04:00)

Bu ilin fevralın 21-də Amrahbank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə təlimlərə başlanıldı.

 

 Maliyyə mövzuları üzrə təlimlər Azərbaycanın bütün Universitetlərinin tələbələri üçün nəzərdə tutulub. Azərbaycan Kooperasiya Universitetinin tələbələrii İlkin olaraq təlim layihəsinə cəlb olundu. Təlimlər “Amrahbank”ın baş ofisində həyata keçirildi. Təlimdə iştirak edən 15 iştirakçı plastik kartlarla  əlaqəli mövzuda biliklərini bir daha təkmilləşdirdilər. “Amrahbank”ın peşəkar əməkdaşları tərəfindən tələbələrə  plastik kartlarla əməliyyatlara aid aktual mövzu üzrə məlumatlar verildi.

 

Tədbir maraqlı müzakirələrlə yadda qaldı. Layihə iştirakçılarına Amrahbank və ABA-nın nümayəndələri tərəfindən təhsil, təcrübə proqramları və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verildi.

 

Qeyd edək ki, bu layihənin il ərzində silsilə şəklində  davam edəcəyi nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR