“Azər-Türk Bank” Gəncə şəhərində maliyyə-iqtisad yönümlü fakültələrdə təhsil alan tələbələr və məzunlar üçün Gəncə Dövlət Aqrar Universitetində təlim keçirib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov iştirakçıları salamlayıb, “Azər-Türk Bank”ın bu təşəbbüsünü alqışlayıb.
Tədbirdə bankın rəhbər işçiləri “Vaxtın səmərəli idarə edilməsi” və “Müasir dövrdə bank sektorunda marketinq və PR-ın rolu” mövzularında çıxış ediblər.
Təlimin əsas məqsədi regionlardakı gənclərin maarifləndirilməsi, gələcəkdə bank sahəsində çalışacaq kadrların hazırlığına dəstəkdir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib, təlimdə fəallığı ilə seçilən on tələbəyə “Azər-Türk Bank” adından korporativ hədiyyələr təqdim edilib, iki tələbə isə bankın Gəncə filialında 1 ay müddətində təcrübə keçmək imkanı qazanıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.