“Azercell Telekom” MMC “1001 Smartfon” kampaniyası çərçivəsində sərfəli şərtlərlə smartfon telefonlarını təqdim etməkdə davam edir.
Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, 26 may tarixindən etibarən müştərilər “iPhone 6” 32 GB telefonunu sərfəli şərtlərlə əldə etmək imkanı qazanırlar.
Abunəçilər 4G dəstəkləyən smartfonlarını aylıq cəmi 65 AZN-dan başlayan ödənişlə əldə edə bilirlər. Üstəlik, onlara 5GB internet və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı da verilir.
Kampaniyaya qoşulmaq üçün, abunəçilər “Azercell” Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.
Qeyd edək ki, “Azercell” “1001 Smartfon” kampaniyası çərçivəsində “iPhone 7” və “iPhone 5S”, “LG Flex 2” smartfonlarını da sərfəli şərtlərlə təqdim edib.
“Azercell” “1001 Smartfon” kampaniyası çərçivəsində yay boyunca abunəçilərinə sərfəli şərtlərlə telefonlar təklif etməyə davam edəcək.