Bank Of Baku

® AccessBank EBRD tərəfindən ən yaxşı korporativ bank seçilib

<font color=red>® </font>  AccessBank EBRD tərəfindən ən yaxşı korporativ bank seçilib
# 11 may 2017 15:45 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ticarətə Yardım Proqramı (The Trade Facilitation Programme, TFP) çərçivəsində AccessBank-ı 2016-cı il üzrə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görüb.

 

Mükafat  AYİB-in 09 may 2017-ci il tarixində Nikosiya şəhərində keçirdiyi İllik Yığıncağı və Biznes Forumu zamanı baş tutan təntənəli mərasimdə təqdim olunub. 

 

“Biz AYİB kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən bu cür fəxri mükafata layiq görülməyimizlə qürur duyuruq. Bu, bir daha təsdiq edir ki, AccessBank yerli sahibkarlığın dəstəklənməsi üzrə missiyasını uğurla həyata keçirir və missiyamızın vacib hissələrindən biri də xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsidir. Bank korporativ bankçılığın inkişaf strategiyası çərçivəsində təqdim etdiyi korporativ məhsul və xidmətlərin çeşidini genişləndirməyi, həmçinin ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların həcmini daha da artırmağı planlaşdırır”, - deyə “AccessBank”ın İdarə Heyətinin sədri Rolf Reichardt deyib.

 

AYİB-in Ticarətə Yardım Proqramı 1999-cu il tarixindən fəaliyyət göstərir və hal-hazırda özündə əməliyyat dövriyyəsi 15 mlrd avrodan çox olan 28 ölkədən 100-dən artıq emitent-bankı birləşdirir. Xatırladaq ki, AYİB AccessBank-ın strateji səhmdarlarından biridir və Bankın nizamnamə kapitalında 20% paya sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR