Azərbaycanın aparıcı banklarından olan «Muğanbank» 20 ildir ki, ölkənin maliyyə bazarında səmərəli fəaliyyət göstərir. Ötən dövr ərzində innovasiya dəyişiklikləri və struktur yanaşma sayəsində bank davamlı inkişafa nail olub, maliyyə sabitliyini təmin edib, habelə ölkənin bank sektorunun ayrılmaz hissəsinə çevrilib.
Bu gün «Muğanbank» maliyyə dünyasının reallıqlarına peşəkarcasına reaksiya verən güclü menecer heyətinə malikdir. Azərbaycanın sürətli iqtisadi inkişafı şəraitində «Muğanbank» kiçik və orta biznesin formalaşması prosesinə davamlı olaraq öz töhfəsini verib. Maliyyə bazarında 20 illik fəaliyyəti dövründə bank dinamik inkişaf edərək fiziki və korporativ müştərilərə yeni məhsullar təqdim edib.
Son illərin iqtisadi göstəriciləri «Muğanbank» ASC-nin dinamik inkişafına əyani sübutdur. Ötən ilin göstəriciləri 2010-cu il ilə müqayisədə xeyli artıb. Belə ki, bankın xalis mənfəəti 169,2%, aktivləri 16,5%, kapitalı 25,9%, fiziki şəxslərdən əmanətlərin cəlb olunması 41% yüksəlib.
Ötən dövr ərzində bank biznesini şəffaf şəkildə həyata keçirməsi və maliyyə bazarında möhkəm mövqeyi «Muğanbank»a ölkənin stabil banklarından biri olmağa imkan verib. «Standard & Poor’s» korporativ idarəetmə reytinqləri xidmətinin 2012-ci il mayın 14-də «Muğanbank» ASC kontragentinin uzunmüddətli reytinqini «CCC+»dan «B-»a yüksəltməsi və qısamüddətli reytinqini «C» kimi təsbit etməsi bunun əyani təsdiqidir.
Bankın səhmdarları tərəfindən qarşıya qoyulmuş məqsədlərdən biri də beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsidir. «Muğanbank» ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın World Business Capital (WBC) İnvestisiya Fondu və Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC) kimi beynəlxalq iqtisadi qurumlarla fəal əməkdaşlıq edir. İşgüzar əlaqələrin əsas məqsədi beynəlxalq kapital bazarından cəlb edilmiş maliyyə vəsaitlərinin yerləşdirilməsidir. Bundan başqa «Muğanbank» Almaniya, Rusiya, Türkiyə, Latviya, Avstriya, Qazaxıstan və Ukraynanın aparıcı bankları ilə yüksək səviyyəli əməkdaşlığını davam etdirir.
«Muğanbank» ASC Azərbaycanın paytaxtı və regionlarını əhatə edən geniş filial şəbəkəsinə malikdir. Bankın respublika üzrə 30 filialı və 3 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
Qeyd etmək lazımdır ki, «Muğanbank» ASC Azərbaycanda ilk dəfə olaraq «Adsız istiqrazlar» layihəsini həyata keçirib. Bank artıq öz müştərilərini minlərlə pul uduşları ilə sevindirə bilib. Xatırladaq ki, tirajlar hər 45 gündən bir keçirilir.
Beləliklə, «Muğanbank» ölkəmizdə istiqrazlara etibarın qaytarılması missiyasının öhdəsindən müvəffəqiyyətlə gəlib. Ölkə vətəndaşları bir daha əmin oldular ki, pullarının istiqraz şəklində saxlanılması kapitallarını risksiz şəkildə artırmağın etibarlı vasitələrindən biridir. Yəni, istiqraz sahibləri öz sərbəst vəsaitlərini bu qiymətli kağızlara investisiya edirlər. İstiqraz sahibləri hər tirajda 100 manatdan 50 000 manatadək uduşa sahib olmaq şansına malikdirlər. «Muğanbank» ASC-nin bu layihəsi növbəti dəfə ABŞ-ın görkəmli siyasi xadimi Benjamin Franklinin məşhur sözlərini xatırladır: «Unutmayın ki, pullar çoxalmaq xüsusiyyətinə malikdirlər». Tirajın şərtləri ilə http://www.muganbank.az/istiqraz/index_ru.php internet səhifəsində tanış olmaq mümkündür.
FOREX üzrə xidmətlərin göstərilməsində etibarlı tərəfdaş olmaqla «Muğanbank» ASC Azərbaycanda ilk dəfə olaraq beynəlxalq valyuta bazarına çıxışı sadələşdirib. Belə ki, arzu edənlər www.muganbank.az saytının FOREX bölməsində onlayn qeydiyyatdan keçib, beynəlxalq valyuta bazarında treyder ola bilərlər.
FOREX layihəsi cəmiyyətin geniş təbəqələrinin beynəlxalq treyderliyə çıxışını təmin edir və bununla valyuta-mübadilə biznesində rəqabətin və peşəkarlığın səviyyəsini qaldırır. «Muğanbank» ASC müştərinin vəsaitlərinin etibarlı qorunmasını və onların FOREX bazarında etibarlı idarə olunmasını təmin edir. Bankın FOREX bazarında iştirak edən müştəriləri banka müraciət etdikləri istənilən gün hesablarından vəsaitlərini operativ şəkildə çıxarmaq üstünlüyünə malikdirlər.
«Muğanbank» ASC-nin MONEX adlı növbəti məhsulu müştərilərə Azərbaycanın istənilən guşəsinə bir neçə dəqiqə ərzində təcili pul köçürməyə imkanı verir. MONEX sisteminin xidmətlərindən 200-dən artıq xidmət məntəqəsində istifadə etmək mümkündür. Belə ki, MONEX təcili pul köçürmələri sistemi «Muğanbank» ASC-nin 15 tərəfdaş bankı vasitəsilə dəstəklənir. Aşağı komissiya ilə (köçürülən məbləğin 0,2%-i) təhlükəsiz, rahat və ən əsası operativ şəkildə pul köçürə, doğmalarınızı, dostlarınızı və biznes tərəfdaşlarınızı sevindirə bilərsiniz.
Beləliklə, «Muğanbank» ASC dinamik inkişafının bütün dövrlərində bankçılıq ənənələrinə sadiq qalaraq maliyyə bazarında möhkəmliyin və stabilliyin nümunəsinə çevrilib. İnsanın nəinki sosial statusunu, həm də özünüdərketmə səviyyəsini onun etibar etdiyi banka görə asan qiymətləndirmək indiki reallıqda daha aydın olur.
«Muğanbank» ənənələrinə sadiq qalan, onu sevən və ona hörmət edən hər kəsi təbrik edirik!