Daim kənd təsərrüfatının müxtəlif sahələrini dəstəkləyən "AccessBank" heyvandarlıqla məşğul olan şəxslər üçün "Bir sürü təlkif" adlı kredit kampaniyasına start verir. Mayın 1-dən start götürən kampaniya avqustun sonunadək davam edəcək.
Bu müddət ərzində Bank heyvandarlıqla məşğul olan şəxslərə kredit götürərkən 12 ayadək GÜZƏŞT MÜDDƏTİ və illik faiz dərəcəsinə 3%-dək ENDİRİM təqdim edir. Bundan başqa, müştəri ödəniş qrafikini özü seçərək kredit üzrə ödənişləri biznesinə uyğun şəkildə tərtib edə biləcək.
Ətraflı məlumatı bankın saytından, Facebook və Twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.