Bakı - APA-Economics. Bu gün Azərbaycanın onlayn ödəmələr bazarının ən böyük şirkəti olan "GoldenPay" ASC-nin 8 yaşı tamam olur.
ASC-dən "APA-Economics"ə verilən məluma görə, Azərbaycanda onlayn ödəməni mümkün etmək üçün şirkət 8 il bundan əvvəl Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. 2 il sonra isə şirkət sistem hazır hala gətirildikdən sonra fəaliyyətinə başlayıb.
"GoldenPay" şirkəti 2 sahədə fəaliyyət göstərir. Biznes sektoru üçün ödəmə sisteminin qurulması və pərakəndə sektor üçün Hesab.az vasitəsilə ödənişlərin təmin edilməsi. Hər iki sektorda da uğurlu nəticələr əldə edən "GoldenPay" artıq xarici ölkələrdə fəaliyyətə başlamaq üzrədir.
Artıq "GoldenPay" şirkətin 30 əməkdaşı var və onların sayı artmaqdadır. Bu sistem vasitəsilə 10 minlərlə insan hər ay 11 mln. manatdan çox ödənişlərini onlayn olaraq ödəyir. Şirkətin xarici ölkələrdə fəaliyyətə başlamasından sonra yaxın gələcəkdə İPO (səhmlərin ilkin buraxılışı) nəzərdə tutulub.
"GoldenPay" ölkənin ən böyük onlayn ödəmə portalı olan Hesab.az-ın sahibidir. Hesab.az istifadəçilərinə kommunal, TV, internet, mobil, ev telefonu, əyləncə, bank krediti və digər ödənişləri rahat şəkildə, vaxta qənaət edərək ödəmək imkanı verir.
Şirkət məlumatların şifrələnməsi üzrə dünyanın ən məşhur şirkətlərindən biri olan "Geotrust"la çalışır. Həmçinin kart məlumatlarının qorunması üçün PCİ DSS sertifikatından istifadə edilir. Əlavə olaraq bir neçə təhlükəsizlik funksiyası ilə "GoldenPay" ən etibarlı ödəmə sistemi kimi istifadəçilər tərəfindən güvən qazanıb.
Hesab.az portalının tanınmasına ən böyük səbəb onun istifadəçiləridir. İstənilən vaxt, istənilən yerdən təhlükəsiz şəkildə ödəniş edən Hesab.az istifadəçilərinin yaşadıqları bu rahatlığı yaxınları, dostları ilə paylaşmaları bizim daha da inkişaf edib, böyüməyimizə səbəb olub.