Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Günay Bank" ASC-nin səhmdarları onun gələcəyini müştərilərinə geniş çeşidli bank xidmətləri təklif edən, müştərinin ən yaxın biznes tərəfdaşı olan universal bankı kimi görmək istəyirlər. Bu barədə "APA-Economics"ə bankın adının çəkilməsini istəməyən səhmdarlarından biri bildirib.
Onun sözlərinə görə, bankın səhmdarlar "Günay Bank"ı yaxşı kapitallaşmış, respublikanın regionlarında filial şəbəkəsi olan universal bir bank kimi görmək istəyir.
"Bank yerli və xarici maliyyə bazarlarının aktiv iştirakçısı olmaqla ucuz və uzunmüddətli resurslar cəlb edir, müştərilərin maliyyə xidmətlərinə olan tələbatlarını rəqibləri ilə müqayisədə daha səmərəli ödəyir", - deyə səhmdar bildirib.
O əlavə edib ki, bank aktivlərinin həcminə görə, 2018-ci ildə Azərbaycan bank bazarının 0,5-1%-nə sahib olmaqla, bank sistemində orta yerlərdə olmasını qarşıya məqsəd
qoyur.