"Günay Bank" ASC ötən il "Ziraat Bank"dan kredit götürüb.
"APA-Economics" xəbər verir ki, bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında yer alıb.
Məlumata əsasən, "Günay Bank" "Ziraat Bank"dan 13 dekabr 2016-cı il tarixində illik 3%-lə 1 mln. 980 min manat vəsait cəlb edib.
Qeyd olunan vəsaitin son ödəmə tarixi 13 dekabr 2017-ci il tarixindədir.