Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Bakı Fond Birjasında “Kövsər Bank” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılır.
Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 38 mln. manat, bir səhmin nominal dəyəri 200 manat təşkil edib.
Yerləşdirmədə anderrayter kimi “Brokdil-AZ” MMC çıxış edəcək.
Hazırda bankın nizamnamə kapitalı 12,02 mln. manatdır.
Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 4,2 dəfə artaraq 50,02 mln. manata çatacaq.