Bank Of Baku

"Moody’s" "Bank of Baku"nun reytinqini yeniləyib

"Moody’s" "Bank of Baku"nun reytinqini yeniləyib
# 15 iyun 2017 09:08 (UTC +04:00)

“Moody’s” beynəlxalq reytinq agentliyi “Bank of Baku” ASC-nin kredit ödəmə qabiliyyətinin baza səviyyəsini b3-dən caa1 səviyyəsinə, uzunmüddətli depozit reytinqini isə B3-dən Caa1 səviyyəsinə endirib. “APA-Economics” reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz neqativdir.

 

Bildirilir ki, proqnozun neqativ olması ötən iki il ərzində bankın xalis zərərinin yüksək olmasını, o cümlədən kapital eroziyası ilə üzləşməsini əks etdirir. “2016-cı ildə bankın zərəri 15,3 milyon manat, 2017-ci ilin ilk dörd ayının sonuna isə  16,8 milyon manat təşkil edib. Nəticədə bankın kapitalı 2017-ci mayın 1-nə 53,7 milyon manata enib. Növbəti 12-18 ay ərzində bankın zərərinin artacağını düşünürük. Buna görə də və kapitala olan tələbin yerinə yetirilməsi üçün əlavə kapital inyeksiyası gözlənilir,” – deyə məlumatda qeyd olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR