"NaxçıvanBank" ASC ötən il aktivlərini 2015-ci illə müqayisədə 31,48% artıraraq 124,984 mln. manata çatdırıb. "APA-Economics" xəbər verir ki, bu barədə bankın 2016-cı il üzrə audit hesabatında deyilir. Hesabat "PricewaterhouseCoopers Audit Azerbaijan LLC" audit şirkəti tərəfindən aparılıb.
Bankın kredit portfeli 13,32% artaraq 59,937 mln. manat təşkil edib.
2017-ci ilin yanvarın 1-nə bankın öhdəlikləri 61,04% artaraq 56,685 mln. manata çatıb ki, bunun da 23,752 mln. manatı (29,6% artım) müştəri hesablarının (depozit portfeli), 32,075 mln. manatı (94,75% artım) isə müddətli borcların payına düşür.
Bank il ərzində nizamnamə kapitalını 16,62% artıraraq 59,405 mln. manata, cəmi kapitalını isə 14,1% artıraraq 68,299 mln. manata çatdırıb.
"NaxçıvanBank" ötən ili 8,465 mln. manat zərərlə başa vurub.