Bank Of Baku

"Nikoil Bank"ın səhmdarları Monakoda toplaşır

"Nikoil Bank"ın səhmdarları Monakoda toplaşır
# 17 may 2017 09:42 (UTC +04:00)

İyunun 30-da Monako Krallığının Monte-Karlo şəhərində "Nikoil Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.


Bankın Müşahidə Şurasından "APA-Economics"ə daxil olan məlumata görə, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

 

1. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiq edilməsi;

2. Səhmdarların ümumi yığıncağı haqqında Əsasnamənin təsdiq edilməsi;

3. Mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi;

4. Yığıncağın gündəliyində duran digər məsələlər.

 

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiq edici sənədləri təqdim etməyiniz xahiş olunur.

 

Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR