Bank Of Baku

"Nikoyl Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Nikoyl Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
# 18 iyul 2015 10:30 (UTC +04:00)

"APA-Economics" xəbər verir ki, Valentina Koriçina bankın Müşahidə Şurasından çıxarılıb.

 

Müşahidə Şurasının yeni üzvü Sergey Mitirev olub. O, eyni zamanda, "Uralsib" maliyyə korporasiyasının baş direktorunun müşaviridir.

 

V. Koriçina isə "Uralsib"in vitse-prezidenti, bank biznesinin korporativ idarəetmə müdiridir.

 

Hazırda bankın Müşahidə Şurasının sədri vəzifəsini İsgəndər Xəlilov tutur.

 

Şuranın üzvləri bunlardır: İldar Muslimov ("Uralsib" maliyyə korporasiyasının İdarə Heyətinin sədri), Pavel Suxoruçkin ("GLL Services LTD" şirkətinin icraçı direktoru), Marina Kuleşova ("Topaz Investments" MMC-nin direktoru), Sergey Mitirev ("Uralsib" maliyyə korporasiyasının baş direktorunun müşaviri), Aleksey Sazonov ("Uralsib" ASC-nin İdarə Heyəti sədrinin müavini), İvan Romanovskiy ("LukOil" ASC-nin prezidentinin köməkçisi, aparat rəhbərinin birinci müavini).

 

Azərbaycanın aparıcı banklarından biri olan "Nikoyl Bank" QSC-nin səhmdarları "Topaz İnvestments" QSC (56,4 %), "Nikoyl" QSC (42,6%) və "ISR Holding" MMC-dir (1,0%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR