Bakı. Musa Əhmədov - APA-Economics. Xam neftin qiymətlərindəki əhəmiyyətli azalmadan sonra Azərbaycan manatının ABŞ dollarına qarşı 21 fevral 2015-ci il tarixində 34%, 21 dekabr 2015-ci il tarixində isə 47% devalvasiyaya məruz qalması, ikinci devalvasiyadan sonra Mərkəzi Bank üzən məzənnə rejiminə keçməsi bank sistemində likvidliyin zəifləməsi və kredit şərtlərinin sərtləşdirilməsi ilə nəticələnib.
"APA-Economics" xəbər verir ki, bu məlumat "PAŞA Bank" ASC-nin baza emissiya prospektinə təqdim edilmiş məlumatlara dair bəyanatında yer alıb.
Sənəddə qeyd olunub ki, iqtisadi artım, maliyyə vəsaitlərinin cəlb edilməsi və kapitalın dəyəri ilə bağlı qeyri-müəyyənliklər hələ də mövcuddur və bu bankın gələcək maliyyə nəticələrinə, maliyyə vəziyyətinə və biznes perspektivlərinə hazırda müəyyən edilə bilməyən dərəcədə mənfi təsir göstərə bilər.