Bank Of Baku

"PAŞA Bank" Türkiyənin “TAİB Bank”ının səhmlərinin 80%-ni alıb

"PAŞA Bank" Türkiyənin “TAİB Bank”ının səhmlərinin 80%-ni alıb
# 30 dekabr 2014 07:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumunun (BTNQ) dekabrın 26-da “TAİB Bank”ın 28 mln. 795,121 min Türkiyə lirəsi həcmində kapitalının “PAŞA Bank” ASC-nin mülkiyyətçiliyinə transfer edilməsinə qərar verib.

 

“PAŞA Bank”dan “APA-Economics”ə verilən məlumata görə, qərara əsasən bankın səhmdar kapitalı 80 mln. TL-dən 255 mln. TL-yədək artıb.

 

Beləliklə, “PAŞA Bank” “TAİB Bank”ın səhmlərinin 79,92%-ni satın alıb.

 

Bu əqdin nəticəsində “Aksoy Holdinq A.Ş”nin nominal dəyəri 51 mln. TL təşkil edən payı “TAİB Bank”ın kapitalının 20%-in təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR