Bank Of Baku

"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası” nizamnamə kapitalını artırır

"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası” nizamnamə kapitalını artırır
# 09 fevral 2016 15:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası” nizamnamə kapitalını artırır.

 

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin baş direktoru Cenk Eynehan bildirib.

 

Baş direktorun sözlərinə görə, 2015-ci ildə 230 mln. 552 min lirə (123 206 989 manat) nizamnamə kapitalına malik bank 2017-ci ildə bu rəqəmi 255 mln. 55 min lirəyə (136 301 392 manata) çatdırmağı planlaşdırır.

 

Başqa sözlə bank, iki il ərzində nizamnamə kapitalını 10,7% və ya 24 mln. 503 min lirə, yəni 13 094 403 manat artırmağı proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR