Bakı. Yeganə Laçınzadə - APA-Economics. "PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası” 2015-ci ili 9 milyon lirəlik (1 TL = 0,5344 AZN) gəlirlə başa vurub. "APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin baş direktoru Cenk Eynehan bildirib.
Bankın kredit portfeli ötən il 373 mln. lirəyə bərabər olub.
Ümumilikdə isə aktiv və kredit portfelinin həcmi 2014-cü illə müqayisədə 5 dəfə artıb.