Bank Of Baku

"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödəyib

"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödəyib
# 13 iyun 2017 07:59 (UTC +04:00)

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta" şirkəti "kredit götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranmış problem onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib.

Şirkətlə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən, müştərinin 48 701 manat banka olan qalıq kredit borcu "PAŞA Həyat Sığorta" tərəfindən ödənilib.

Qeyd edək ki, "PAŞA Həyat Sığorta" tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 11 sığorta hadisəsinə görə ümumilikdə 230 min manatdan çox sığorta ödənişi verilib.

 

"PAŞA Həyat Sığorta" 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR