Bank Of Baku

"PAŞA Həyat Sığorta" yığımlarını ikiqat artırıb

"PAŞA Həyat Sığorta" yığımlarını ikiqat artırıb
# 16 may 2017 14:34 (UTC +04:00)

Aktivlərinin ümumi həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan "PAŞA Həyat Sığorta" ASC 2017-ci ilin yanvar-aprel ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən "APA-Economics"ə verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan hesabatın nəticələrinə əsasən, cari ilin ilk 4 ayında "PAŞA Həyat Sığorta" tərəfindən ümumilikdə 52,408 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 26,026 mln. manat və ya təxminən 2 dəfə çoxdur.

 

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə "PAŞA Həyat Sığorta" tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 2,778 mln. manat və ya 37% artaraq 10,109 mln. manata çatıb.

Cari ilin aprel ayının 1-nə nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edən "PAŞA Həyat Sığorta" 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR