Bank Of Baku

"PAŞA Yatırım Bankası” ötən ili 7,5 mln. manat mənfəətlə başa vurub

"PAŞA Yatırım Bankası” ötən ili 7,5 mln. manat mənfəətlə başa vurub
# 26 fevral 2018 07:09 (UTC +04:00)

"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası”nın aktivləri 2018-ci ilin yanvarın 1-nə 896 mln. 845 min türk lirəsi və ya 403 mln. 221 min 512 manat təşkil edib.

 

"APA-Economics" bankın konsolidə olunmayan maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı il ilə müqayisədə 386 min 488 lirə (173 min 765 manat) və ya 75,7% çoxdur.

 

Hesabat dövründə bankın kredit portfeli 713 mln. 048 min lirəyə (320 mln. 230 min manat) bərabər olub ki, bu da 2016-cı ildəkindən 76,55% çoxdur.

 

Hesabat dövründə bankın faiz gəliri 65 mln. 633 min lirə (29 mln. 476 min manat), faiz xərcləri 25 mln. 777 min lirə (11 mln. 576 min manat) isə bərabər olub.

 

Bank ötən ili 16 mln. 8 min lirə və ya 7 mln. 545 min manat mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR