Bank Of Baku

Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının iclasının Bakıda keçirilməsi planlaşdırılır

Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının iclasının Bakıda keçirilməsi planlaşdırılır
# 05 iyul 2017 10:03 (UTC +04:00)

“Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası iqtisadi komissiyasının 5-ci iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır”.

 

Bunu APA-ya açıqlamasında Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid İbrahim Abdullah Əs-Süleym deyib.

 

O, iclasın oktyabrda keçirilməsinin nəzərdə tutulduğunu bildirib: “Səudiyyə Ərəbistanından böyük nümayəndə heyəti Azərbaycana gələcək. Bu heyətdə həm dövlət qurumlarının təmsilçiləri, həm də özəl sektorun nümayəndələri iştirak edəcəklər”. 

 

Səfir həmçinin qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələr yüksək səviyyədədir: “Hazırda iki ölkə iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişafı üzərində işləyir. Bu ilin sentyabrında AZAL Azərbaycandan Səudiyyə Ərəbistanına birbaşa hava reysi açmağı planlaşdırır. Bu həm Səudiyyə Ərəbistanından Azərbaycana gələcək turistlərin, həm də Azərbaycan vətəndaşlarının müqəddəs yerlərə səfərlərinin sayını artıracaq. Son zamanlar Səudiyyə Ərəbistanından Azərbaycana güclü turist axınının şahidi oluruq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR