Bank Of Baku

"SmileCard" dərs ilinə hazırlaşan valideynlər üçün aksiya keçirir - FOTO

"SmileCard" dərs ilinə hazırlaşan valideynlər üçün aksiya keçirir - <span style="color: red;">FOTO
# 09 sentyabr 2015 08:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Expressbank"ın "SmileCard" taksit kartı ilə müxtəlif dəftərxana mağazalarında və digər yerlərdə alış-veriş edib, xərclənən məbləği 6 və ya 12 aya ödəmək olar.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bundan başqa, "SmileCard" ilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür. Tərəfdaşların yenilənmiş siyahısı ilə saytda tanış ola bilərsiniz - http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_09.07.2015.pdf.

 

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.

 

Qeyd edək ki, istifadə olunan məbləğ ödənildikdə yenidən kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

 

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək "ExpressPay" ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR