Bank Of Baku

"Topaz İnvestments" "Nikoil Bank"dakı payını 84%-ə çatdırıb

"Topaz İnvestments" "Nikoil Bank"dakı payını 84%-ə çatdırıb
# 20 oktyabr 2016 10:04 (UTC +04:00)

Bakı - APA-Economics. "Nikoil" Bank" QSC-nin əsas səhmdarı "Topaz İnvestments" QSC bankın 60 mln. manat dəyərində olan səhmlərinin yeni emissiyasının birinci hissəsini bütövlüklə alıb.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu səhmlər cari ilin 30 sentyabr tarixində Bakı Fond Birjasında yerləşdirilib. Beləliklə, bankın nizamnamə kapitalının artırılmasının birinci mərhələsi başa çatıb. Bunun nəticəsi olaraq "Nikoil Bank" QSC-nin nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edir.

 

90 mln. manat civarında ikinci tranş, kapitalın 184 mln. 500 min AZN miqdarında artırılmasını nəzərdə tutur. Bu qərar 21 sentyabr 2016-cı il tarixində keçirilən səhmdarların ümumi yığıncağında qəbul olunub. Bankın majoritar səhmdarı lazımi vəsaitləri banka yerləşdirib və hal-hazırda səhmlərin birja vasitəsilə emissiyası üzərində işlər həyata keçirilir.

 

Beləliklə, "Nikoil Bank"ın səhmləri səhmdarlar arasında aşağıdakı şəkildə bölüşdürülüb:

 

- "Topaz İnvestments" QSC - 84,08%;

- "Nikoil" QSC - 15,55%;

- "ISR Holding" MMC - 0,37%

 

"Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR