Bakı - APA-Economics. "Deloitte&Touche" audit şirkəti "TuranBank"ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini aparacaq.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, şirkət bankın keçirildiyi açıq tenderin qalibi elan olunub.
"TuranBank" 2002-ci ildən etibarən Mərkəzi Bankın tələbi və bankın daxili qaydalarına müvafiq olaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması məqsədilə beynəlxalq nüfuza malik "Deloitte&Touche", "PriceWaterHouseCoopers" və KPMG şirkətləri ilə əməkdaşlıq etməkdədir.