Bakı - APA-Economics. "Unibank" müştərilərinə bank filialına getmədən, telefonda gözləmədən cəmi bir neçə saniyə ərzində kredit borcunu öyrənmək imkanı verir.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, artıq müştərilər öz kredit borclarını "Unibank"ın "117" məlumat mərkəzinə zəng edərək, operatorun cavabını gözləmədən öyrənə bilərlər. Bunun üçün sadəcə 117 nömrəsini yığıb, dil seçimi etdikdən sonra, 2 düyməsini ("kredit borcu haqqında məlumat") seçmək lazımdır. Müştəri öz kodunu daxil etdikdən sonra, kredit borcu haqqında aşağıdakı məlumatları dinləyə biləcək:
- Kreditin verilmə tarixi və məbləği;
- Əsas məbləğ üzrə borc;
- Bu günə hesablanmış faiz üzrə borc;
- Bu günə ödənilməli məbləğ;
- Sonuncu ödənişin tarixi və məbləğ.
Müştəri öz kodunu 117-yə zəng edərək operatordan öyrənə bilər.
Qeyd edək ki, 117 məlumat mərkəzi həftənin 6 günü, səhər saat 09:00-dan axşam 22:00-dək xidmət göstərir. Bank müştəriləri günün istənilən vaxtı, ölkənin bütün ərazisindən 117 nömrəsinə zəng edərək, bankın xidmət və məhsulları haqda məlumat ala bilirlər.
"Unibank" hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.