Bakı - APA-Economics. "Yapı və Kredi Bankası A.Ş." 1,150 mlrd. dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib.
"APA-Economics" xəbər verir ki, sindikat 14 ölkədən olan 33 bankın iştirakı ilə baş tutub.
Cəlb olunan vəsait əsasən ixracın maliyyələşdirilməsinə sərf olunacaq.
Vəsaitin cəlb olunmasından koordinator rolunu "Emirates NBD Bank PJSC" və "Mizuho Bank Ltd." bankları oynayıb.
"Yapı və Kredi Bankası A.Ş."-nin baş direktoru, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Müşahidə Şurasının sədri Faik Açıkalın bildirib ki, qlobal bazarlarda baş verən qeyri-müəyyənlik dövründə bu həcmdə kreditin banka verilməsi ona göstərilən etimaddan xəbər verir.
F. Açıkalın əlavə edib ki, ilin əvvəlindən bank ümumilikdə 2,65 mlrd. dollarlıq sindikatlaşdırılmış kredit cəlb edib.