Artıq xarici iqtisadiyyat fəaliyyət iştirakçılarından 10-u "Yaşıl Dəhliz" sistemindən bəhrələnir və fəaliyyət göstərir.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasında jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, eyni zamanda bununla bağlı müraciətlərə baxırıq: “Azərbaycanda fəaliyyət göstərən iş adamlarının bununla bağlı müraciətlərinə baxırıq. Bu sistemin tətbiqi sadə məsələ kimi görünməməlidir. Çünki, bu sistemin tətbiqində bir çox amillər təhlil olunur: "Yaşıl Dəhliz" sisteminin tətbiqinə ilk ölkələr kimi başlamış ölkələrdən biri Cənubi Koreyadır. Orada ki, orada birinci il ərzində heç bir şirkətdən yaşıl dəhlizdən istifadə hüquqi verilməyib".