"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Gürcüstandakı törəməsi olan "ABB-Gürcüstan" 2017-ci ilin birinci rübündə aktivlərini 109 mln. 121,406 min lariyə çatdırıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,73% və ya 3 mln. 928,457 min lari çoxdur.
"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, törəmə bankın kredit portfeli 33 mln. 459,992 min lari təşkil edib. Bu 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 53,64% və ya 38 mln. 713,833 min lari azdır.
Hesabat dövrünün sonuna "ABB-Gürcüstan"ın öhdəlikləri 6,55% və ya 4 mln. 830,492 min lari 69 mln. 943,672 min lari olub. Bankın depozit portfeli 40 mln. 853,710 min lariyə çatıb.
Bankın nizamnamə kapitalı dəyişməyərək 22,688 mln. lari səviyyəsində qalıb, məcmu kapitalı isə 28,79% və ya 8 mln. 758,950 min lari artaraq 39 mln. 177,734 min lari təşkil edib.
Bank hesabat dövrünü 1 mln. 754,001 min manat xalis mənfəətlə başa vurub.