Bank Of Baku

ABB-nin restrukturizasiya planı digər bankların xarici əqdlərini bahalaşdırıb

ABB-nin restrukturizasiya planı digər bankların xarici əqdlərini bahalaşdırıb
# 25 may 2017 10:07 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında baş verənlər özəl bankların xarici investorlarla bağladığı əqdlərə neqativ təsir edib. “APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Moody`s Annual Azerbaijan Summit” adlı tədbirdə “Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Mariya Malyukova bildirib.


“Azərbaycan bankları arasında xarici borclanmadan ən çox asılı olan ABB-dir. ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası investor tərəfindən ölkənin bank sektoruna inamın azalmasına səbəb olur. Bəzi bankların xarici kontragantlərlə əqdləri var və ABB ətrafında baş verənlər bu əqdlərin bahalaşmasına gətirir. Düzdür, özəl bankların xarici borclanmadan asılılığı o qədər də yüksək deyil və bu səbəbdən itkilər bank sistemi üçün əhəmiyyətli sayılacaq səviyyədə deyil”, - deyə M.Malyukova qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR