Bank Of Baku

ABB biznes proseslərini optimallaşdırır

ABB biznes proseslərini optimallaşdırır
# 08 iyun 2017 07:44 (UTC +04:00)

Filial şəbəkəsində biznes proseslərinin optimallaşdırılması layihəsinə start verən Azərbaycan Beynəlxalq Bankı (ABB) bu layihəni "Business Process Management" (BPM) texniki platformasının bazasında həyata keçirir.

 

Bankın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, hazırda bu platforma bankın Bakı şəhərindəki filiallarında tətbiq olunur. İlin sonuna qədər ABB-nin bütün xidmət şəbəkəsinin bu sistemə keçidi planlaşdırılır.


Qeyd edək ki, adıçəkilən texniki məhsuldan dünyanın bir sıra aparıcı banklarının fəaliyyətində istifadə olunub və yüksək səmərə əldə edilib. Bu məhsulun ABB-də da tətbiqi biznes proseslərinin avtomatlaşdırılmasına, işin effektivliyinin artırılmasına, müştərilərə xidmətin keyfiyyətinin yüksəldilməsinə kömək göstərəcək. Biznes proseslərinin optimallaşdırılması ABB-nin yerinə yetirdiyi strateji layihələrdən biridir.


36 filiala və 40 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud  937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR