Bank Of Baku

ABŞ İrana qarşı sanksiyaları yumşaldıb

ABŞ İrana qarşı sanksiyaları yumşaldıb
# 27 iyul 2013 15:36 (UTC +04:00)

APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, ABŞ Maliyyə Nazirliyi iyulun 26-da yaydığı açıqlamada İrana qarşı sanksiyaları azaltdığını bildirib. Artıq xarici şirkətlər İrana dərman və tibbi avadanlıqlar ixrac edə biləcək. Çünki xarici maliyyə təşkilatlarına ABŞ qanunlarını pozmadan İranla ticarət mübadiləsi aparmağa icazə verilib.

Qeyd edək ki, İran ABŞ və müttəfiqlərinin birtərəfli sanksiyaları səbəbindən bəzi vacib xəstəliklərdə istifadə edilən dərmanları idxal edə bilmirdi. Bu da bir çox xəstənin həyatını təhlükə altında qoymuşdu. Sanksiyalar birbaşa dərman və tibbi avadanlıqlar idxalını məhdudlaşdırmasa da, bankçılıq sistemini əhatə etdiyi üçün alqı-satqı əməliyyatları zamanı ödənişlərin aparılmasında ciddi problemlər yaradırdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR